Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Melburndakı kafedə naməlum şəxs iki nəfəri girov götürüb

Melburndakı kafedə naməlum şəxs iki nəfəri girov götürüb

Date: 5 December 2015 08:13


Kanberra, 5 dekabr, AZƏRTAC 
Odlu silahla silahlanmış naməlum kişi Melburndakı kafedə ən azı iki nəfəri girov götürüb. Bu barədə “Daily Mail Australia” nəşri məlumat yayıb.
Yerli polisin məlumatında bildirilir ki, bu hadisəni terror aktı hesab etmək üçün hələlik elə bir əsas yoxdur. İlkin rəyə görə, girov götürülənlər və onları saxlayan şəxs tanışdırlar.
Kafenin ətrafı mühasirəyə alınıb. Mütəxəssislər silahlı şəxslə danışıqları davam etdirirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Tags:  Melburndakı kafedə naməlum şəxs iki nəfəri girov götürüb


RƏYLƏR


Top news