Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ruslar Türkiyə bayraqlarına od vurdular - VİDEO

Ruslar Türkiyə bayraqlarına od vurdular - VİDEO

Date: 5 December 2015 08:27

Bir müddətdir Türkiyə-Rusiya münasibətlərində siyasi-iqtisadi sahələrdə başlayan gərginlik idman müsabiqələrində də özünü göstərməyə başlayıb. Milli.Az anspress-ə istinadən bildirir ki, Rusiya liqası çərçivəsində keçirilən Moskvanın "Spartak" komandası ilə Samaranın "Krlıya Sovetov" komandaları arasındakı qarşılaşmada baş verib. Yerli "Dojd" telekanalı bildirir ki, qarşılaşma davam edərkən bir qrup "Spartak" fanatı tribunalrada Türkiyənin dövlət bayrağını yandırıblar. Baş vermiş xoşagəlməz hadisə digər azarkeşlərində dəstəyi ilə müşayiət olunub. 

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24" hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq "SU-24"ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Milli.Az


Tags:  Ruslar Türkiyə bayraqlarına od vurdular VİDEO

RƏYLƏR


Top news