"Yanan özüldə işçilər qalıb"

"Yanan özüldə işçilər qalıb"
09:31 5 Dekabr 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yanan yataqdakı vəziyyətlə tanış olmaq üçün səhər saatlarında hadisə yerinə yollanıb. Bu barədə ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov açıqlama verib.

Onun sözlərinə görə, dünən saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğının qarşısı hələ də alına bilmir. Hazırda Fövqaladə Hallar Nazirliyinin helikopterləri və BP şirkətinin gəmiləri vasitəsi ilə yanğının söndürülməsi istiqamətində işlər aparılır. "Ancaq dənizdə fırtına həddən artıq güclü olduğu üçün hələlik yanğın davam edir".

İ.Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev başda olmaqla idarə rəisləri də FHN-in helikopteri vasitəsilə yanğın baş verən əraziyə getdiyini qeyd edib:

"Hazırda orda olan insanlarla əlaqə saxlamağa da çətinlik çəkirik. Çünki telefonların şəbəkələri tutmur və ya telefonlarına zəng çatmir. Çünki əlaqə vasitələrinin enerjisi tükənib. Ona görə də dəqiq məlumatlar yoxdur. Ancaq özüldə iki-üç nəfər var. Onlar sağ-salamatdır. Qalan işçilər xilasetmə qayıqlarına yerləşdiriliblər".


Yanğın baş verən platforma


Xatırladaq ki, dünən axşama yaxın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olub.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində və Zığ küçəsi, Əbilov 27 ünvanında qərargah yaradılıb. "Yanğın baş verən platformada 42 nəfərə yaxın işçi olub. Həmin işçilər kiçik qayıqlar vasitəsilə təhlükəli ərazidən uzaqlaşdırılıb.

“Günəşli” yatağındakı yanğınla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də ANS TV-yə açıqlama verib. O bildirib ki, yanğın nəticəsində heç bir insan itkisi yoxdur.

O deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR