Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Dünya bazarında qızıl kəskin bahalaşıb

​Dünya bazarında qızıl kəskin bahalaşıb

Date: 5 December 2015 09:32

Bakı. 5 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 2,12% bahalaşaraq 17 847,63 bənd, S&P 500 2,05% irəliləyərək 2 091,69 bənd, Nasdaq isə 2,08% artaraq 5 142,27 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,59% ucuzlaşaraq 6 238,29 bənd, Fransa CAC-40-ı 0,33% azalaraq 4 714,79 bənd, Almaniya DAX-ı isə 0,34% geriləyərək 10 752,10 bənd olub.
COMEX-də qızılın bir unsiyasının qiyməti 25,4 ABŞ dolları yaxud 2,40% artaraq 1 085,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0881 (-0,59%) təşkil edib.

Tags:  Dünya bazarında qızıl kəskin bahalaşıb

RƏYLƏR


Top news