Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İraq Türkiyəni hərbi müdaxilədə ittiham edib

İraq Türkiyəni hərbi müdaxilədə ittiham edib

Date: 5 December 2015 09:37

Türk hərbi birliyinin zirehli texnikanın dəstəyi ilə İraqın şimalındaki Mosul şəhərinin yaxınlığında dislokasiya olması hərbi müdaxilə aktı kimi qiymətləndirilir.

"Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Türkiyə hərbi kontingenti İraq ərazisinə icazəsiz daxil olub və dərhal ölkə ərazisini tərk etməlidir", - sənəddə deyilir.

Qeyd edək ki, ötən axşam yayılan məlumata görə, 600-ə yaxın türk hərbçi Mosul şəhərindən 30 kilometr şimalda yerləşən Başika qəsəbəsində kürd birliklərə (peşmerge) təlim keçmək məqsədi ilə bölgəyə daxil olub.

Milli.Az


Tags:  İraq Türkiyəni hərbi müdaxilədə ittiham edib


RƏYLƏR


Top news