Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD dəhşətli edam videoları yaydı - VİDEO - FOTO

İŞİD dəhşətli edam videoları yaydı - VİDEO - FOTO

Date: 5 December 2015 10:05

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı dünən 5 edam videosu yayıb.
Videolar Yəməndə çəkilib və əsir alınmış husi döyüşçülərin edamlarını əks etdirir.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İŞİD 23 husini edam edib. Onlardan dördünün edamı isə xüsusilə dəhşətli olub.
İŞİD terrorçuları əsir aldıqları dörd husinin əyinlərinə narıncı kombinezon geydirəndən sonra onları sahilə aparıblar.
Qayıqdan düşən husilər qayalıqların arasında dayandırılıb və onların boyunlarından minaatan minaları asılıb.
Daha sonra minalar partladılıb, husi əsirlər tikə-tikə olublar.
Yəməndə husilər hakimiyyətlə yanaşı, "Ərəbistan yarımadasında Əl Qaida" terror təşkilatına qarşı döyüşürlər.
İŞİD əsir aldığı 23 husidən 6 nəfəri qumbaraatandan açılan atəşlə partladıb, 6 nəfər qayığa mindirilib və qayıq dənizdə partladılıb, 9 nəfərin başları kəsilib, 4 nəfərsə boyunlarından asılmış minalarla parçalanıb.
Yəməndəki qanlı vətəndaş müharibəsindən və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın bu ölkəyə qoşun yeritməsindən faydalanan İŞİD situasiyanı əlverişli sayaraq bu dövlətdə möhkəmlənməyə çalışır.
Milli.Az









Tags:  İŞİD dəhşətli edam videoları yaydı VİDEO FOTO


RƏYLƏR


Top news