Fərqanə Qasımova: "Biri mənə terrorçu deyib qışqırdı"

Fərqanə Qasımova: "Biri mənə terrorçu deyib qışqırdı"
10:05 5 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az axar.az-a istinadən tanınmış xanəndə Alim Qasımovun qızı Fərqanə ilə müsahibəni təqdim edir.

Fərqanə Qasımova 6 avqust 1979-cu ildə anadan olub. 2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo-konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin - məşhur violonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür.
 
- Həyat necə gedir?
 
- Həyat rəngarəng, enişli-yoxuşlu, eyni zamanda da sakit şəkildə...
 
- Qadın olmaq hər hansı çətinlik yaradırmı?
 
- Qadın olmaq, ana olmaq özü bir ali vəzifədir. Hətta görürsünüz ki, Allah-təala qadınlara deyir ki, siz məscidlərə getməyin, sizin eviniz, həm də  məscidinizdir. Bizim ibadətimiz ailəmizə, övladlarımıza göstərdiyimiz qayğıdır. Allah qadına görün nə qədər üstünlüklər verib. Onsuz da qadın olmaq çox ciddi məsuliyyətdir, onun üzərinə başqa vəzifələr gələndə isə bu, qadın üçün əlavə yük olur. Bu baxımdan da hər bir qadın üçün evindən qıraqda olan başqa işlər ağır bir yük sayılır.
 
- Ailə, yoxsa sənət?
 
- Mən uşaqlarımın ən körpə, ailəmə isə ən lazımlı olan vaxtda hər ikisini bir anda dartıb gətirə bilmişəm. Bundan sonra seçim qarşısında qalacağımı düşünmürəm. Amma hər bir halda mən ailəmi seçərəm.
 
- Müsahibələrinizdən birində demisiniz ki, sizi bu sənətə atanız gətirdi. Alim Qasımov sizə istiqamət verməsəydi, Fərqanə bu gün hansı sahədə çalışmış olardı?
 
- Yenə də incəsənəti seçərdim. Uşaq vaxtı qardaşımla mən gözəl rəsmlər çəkir, zövqlü musiqilərə qulaq asardıq. Hərdən evdə klip-filan da çəkirdik (gülür). Bunları düşünəndə hiss edirəm ki, atam mənə istiqamət verməsə belə, mən yenə də üstünlüyü incəsənətə verərdim.
 
- Qadına asandır, yoxsa kişiyə?
 
- Mənə elə gəlir ki, qadınların işi kişilərdən hər zaman çətin olur. Çünki onlar ən birinci növbədə ana, sirdaş olurlar. Buna görə də sənətim mənim üçün ağır sayılır. Çünki həmişə məşqlərdə, səfərlərdə oluruq. Bu isə minimum günümüzün yarısını aparır. Belə də olanda, görün ailəmizdən nə qədər ayrı düşürük.
 
- Atanız olduqca mühafizəkar insana bənzəyir,  çoxmu qadağalar qoyub sizə?
 
- O heç vaxt mənə sözlə qadağa qoymayıb. Mənə sadəcə məsuliyyəti öyrədib. Buna görə də ondan icazəsiz heç nə etməmişəm. Hər zaman məsləhətinə ehtiyac duymuşam, onunla birlikdə addımlamışam. Fikir versəniz, mən yalnız son vaxtlar tək addımlamağa başlamışam. Bütün bunlar isə muğama olan hörmətimdən irəli gəlir. Düşünürəm ki, artıq muğam üçün nəsə etməliyəm.
Hər zaman atam kimi təvazökar olmuşam. Düşünmüşəm ki, öncə atam, sonra mən. Onun ardınca hara gedərəm, gedərəm. Amma artıq görürəm ki, atamın sağlığında özüm nəsə qazanmalıyam ki, sonradan mənə heç bir çətinlik olmasın. İstəyirəm ki, atam mənim uğurlarımı görsün, narahat, nigaran qalmasın.
 
Qadın nə vaxt qocalır?
 
- Mən həmişə elə bilirdim ki, 30 yaşdan sonra qadın qoca olur. Yaşım getdikcə pis olurdum. Amma gördüm ki, əslində ən gözəl çağlar elə bu yaşda başlayır. Bəlkə də ən gözəl çağ 50 yaşdan sonra başlayır, amma onları görmədiyim üçün bir şey deyə bilməyəcəm.
 
- Bu gün Fərqanə xanımın ən çox nəyə ehtiyacı var?
 
- Qadının ən böyük ehtiyacı, ən böyük xoşbəxtliyi onun ailəsindən başlayır. Ailənin bütövlüyü, ocağının isti olması onu xoşbəxt edir. Bu yaşıma qədər çox ölkələri gəzdim, amma şükürlər olsun ki, mən xoşbəxtliyimi yalnız öz evimdə, ailəmdə tapıram. 
 
- Alim Qasımovun qızı ilə Fərqanəni nə ayırır?
 
- Həyatda necəyəmsə, Alim Qasımovun qızı olaraq da eləyəm. Deyərdim ki, Alim Qasımov çox xoşbəxt atadır ki, mənim kimi qaraqabaq qızı var (gülür). Amma qaraqabaq görünsəm də, elə deyiləm. Buna həyat məcbur edir. Biz çox insan əhatəsində oluruq, buna görə də, mimikalarımz xarakterimizi göstərməkdə bizə çox kömək edir. Bunlar isə düşünülmüş olmur. Hamısı xarakterdən irəli gəlir.
 
- Uğurlu qadın olmaq üçün nələr lazımdır?
 
- Hər şeyin başında özünəinam dayanır. Əgər qadının içində inam varsa, o qarşısına çıxan təkliflərin hər birini qəbul edir. Gözəlliyin uğurda roluna gəlincə, heç bir əhəmiyyəti yoxdur, hətta deyərdim ki, gözəllik bəzən qadına mane olur.
 
- Avropa ölkələrinə səfərlərinizdə hicablı olmanız hansısa çətinlik yaradırdımı?
 
- Bəli, bəzən olur ki, xaricə gedəndə hicablılara bir az pis baxırlar, incidirlər. Bir dəfə küçədə gedirdik, biri mənə "terrorçu" deyib qışqırdı. Bizim belə çətin anlarımız olub. Nə olursa-olsun biz müsəlman qadını olduğumuzu unutmamalıyıq. Mən hər bir hərəkətimlə müsəlmanların adına həm şərəf, həm də ləkə gətirə bilərəm. Buna görə mən bütün hərəkətlərimi hesablayıram. Konsertlərimdə belə milli geyimlərə, şərq üslubuna üstünlük verirəm.
 
- Konsertlərinizdə istifadə etdiyiniz paltarlara gəlmişkən, hansı geyim seçiminizlə insanlar bu gün də maraqlanır?
 
- Fəxriyyə Xələfovadan 2014-cü ildə götürdüyüm paltar ilə hələ də hər kəs maraqlanır. Başdan-ayağa yalnız şərq üslubu, rəngləri ilə hazırlanıb. O mənim diqqətimi ilk baxışdan çəkmişdi. Yeri gəlmişkən, Fəxriyyə xanım elə oradaca həmin paltarı mənə hədiyyə etdi. Buna görə ona çox təşəkkür edirəm. Fəxriyyə xanımdan sonra Bakı moda evi Könül xanıma da həmişə minnətdaram, onlar bizə milli paltar mövzusunda həmişə kömək edirlər. Azərbaycanımızın fəxridir bu qadınlar. Biz Şərqdə doğulmuşuq və həmişə də ona meylli olacağıq.
 
- Bəs qızlarınız da belə düşünürlərmi?
 
- Bəzən qızlarımın avropasayağı düşüncələri ilə qarşılaşıram. Belə şeyləri hiss edəndə izah edirəm ki, sən müsəlmansan, buna görə də uzun geyinməlisən, yaxan bağlı olmalıdır. Bəzən qızım deyir ki, mən də qısa yubka geyinmək istəyirəm, bunu görəndən sonra alış-verişdə özüm onlara yubka təklif etdim, amma gördüm ki, qızım özü istəmədi. Dedi ki, yox, ana, axı mən onda rahat olmaram. Onlar özləri də zamanla hər şeyi dərk edirlər.
 
- Qaynana sizinçün kimdir?
 
- Mən qaynana deyəndə, hər zaman öz anamı görürəm. Anam olduqca nümunəvi qaynanadır. Bilirsiniz, hər bir qaynana gəlinə ana ola bilməz. Belə bir deyim var, gəlin gəlin olmasa da, gərək düşdüyü yer gəlin olsun. Ana qızlarına qarşı necədirsə, gəlininə də elə olmalıdır. Düşünürəm ki, qaynana mütləq hər zaman cəmiyyət içində gəlininin tərəfini saxlamalıdır. Belə olanda o, həm də gəlinin hörmətini qazanır. Gəlinə bildirilən iradların hamısı yalnız qaynana və gəlin arasında qalmalıdır. Əgər qaynana gəlinini oğlunun yanında pisləyib, ona təhqiredici sözlər deyərsə, əlbəttə, o ailədə heç vaxt xoşbəxtlik də olmaz. Mənim anam isə hər zaman oğlunu danlayıb, gəlinini yox.
 
- Deyir, nə edirsən-et, gəlin həmişə yad qızıdır. Siz necə düşünürsünüz?
 
- Bilirsiniz, zaman keçdikcə, hər şey öz yerini tapır. Gənc yaşında kimsə sənə pis baxa, yanlış anlaya bilər. Amma zamanla hər kəs sənin böyüklüyünü görür. Və sənə "yad qızı" kimi baxan ailə o sadiqliyi, vəfanı görür. O sadiqlikdən sonra isə haqqı görməmək, mənə elə gəlir ki, artıq nankorluq olar. Düşünürəm ki, mənim ailəmdə "yad qızı" yanaşması artıq keçib.
 
-Nə qədər vaxt lazım oldu keçməsi üçün?
 
- Deyərdim ki, yeni gəlinə ən azı 3-4 il vaxt vermək, bu illər ərzində isə güzəştə getmək lazımdır. Yeni gəlin adətən anasıgilə tez-tez baş çəkmək istəyir. Övladları olanda bəzən bacarmır, anasından kömək istəyir. Bu illər ərzində qaynana gəlinə elə bir qayğı göstərməlidir ki, gəlin bütün meylini öz ailəsindən alıb, qaynanasına verə bilsin.
 
- Deyəsən, kövrəksiniz...
 
- Əvvəllər çox kövrək idim. Amma sonralar getdikcə bərkidim. Artıq istədiyim vaxt gözümün yaşını tutmağı bacarıram, amma əvvəllər hisslərimi idarə edə bilmirdim. Fikirləşirəm ki, istədiyim hər vaxt ağlamaq olmaz, onu idarə etməyi bacarmalısan. Bəzən atam məni danlayanda da özümü saxlayıram. Yeganə insan həyat yoldaşımdır ki, mən ona həmişə kövrəkliyimi göstərmişəm. Bilirsiniz, kövrəklik özü paklığın, məsumluğun əlamətidir. Hər bir insan kövrək ola bilməz. Gözdən axan yaş insanın qəlbinin saflığıdır.
 
- Gəlin bir az da ideallarınızdan danışaq. Sizə görə, ideal kişi necə olmalıdır? İdeal kişi dedikdə necə bir insan təsəvvür edirsiniz?
 
- Mənim üçün ideal kişi tək görüntüdə ola bilməz. O, yalnız bizim peyğəmbərimiz ola bilər. Kişi xarakteri çox çətindir. Onlar hər zaman əyləncə axtaran, fikirləri dağınıq olur. Kişi deyəndə əyləncəli bir insan nəzərimdə canlanır. İdeal kişiyə gəlincə, onun evdən çıxış və giriş saatları bəlli olmalıdır. Onun qadını bilməlidir ki, həyat yoldaşı hansı saatda evdə olacaq. Vaxtının, qazancının çox hissəsini ailəsinə sərf edən kişiyə çox şeyi bağışlamaq olar.
 
- Subay qızlara tövsiyələriniz...
 
- Əsas elmə fikir versinlər. Bir də ailə qurmaqda tələsməsinlər. Düzdür, bu, qismətdir, ən düzgün seçim etmək şansı elmdə yaranır. Qadın ictimailəşdikcə daha düzgün seçimlər etmək imkanına sahib olur. Belə qadınlar gözüaçıq olurlar. Onlara bunu tövsiyə edirəm. Düşünürəm ki, vaxt gələcək, bizim qızlar üçün orta evlilik yaşı 30 olacaq. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cənubi Asiyada güclü daşqınlar

20 Avqust 2017 21:31

Ramil Quliyevdən daha bir qızıl medal

20 Avqust 2017 21:18

Şahin Diniyev: "Meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi"

20 Avqust 2017 21:17

115 kq çəki atan qadın inanılmaz hala düşdü

20 Avqust 2017 21:14

Ramil Quliyevdən növbəti çempionluq

20 Avqust 2017 21:04

"Təmkin yeganə qəhrəman deyil" - Ayxan Abbasov

20 Avqust 2017 20:57

"Instagram"-da vacib yenilik

20 Avqust 2017 20:55

Norveçdə muzeydən Vikinqlər dövrünə aid 400 əşya oğurlandı

20 Avqust 2017 20:48

Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib

20 Avqust 2017 20:47

"Sahil" stansiyası bu gündən bağlanır

20 Avqust 2017 20:41

Daşqınlar 700 can aldı

20 Avqust 2017 20:34

5G şəbəkəsi genişlənir

20 Avqust 2017 20:33

Suriya müxalifəti Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq

20 Avqust 2017 20:32

Düyü ilə orqanizmin təmizlənməsi

20 Avqust 2017 20:28

Monika yenə də təəccübləndirdi - FOTOLAR

20 Avqust 2017 20:18

Ramil Quliyevdən növbəti qələbə

20 Avqust 2017 20:10

Oğuzda ağır qəza: 3 ölü, 4 yaralı

20 Avqust 2017 20:09

Yerə səfər etmiş ən qədim yadplanetlinin skeleti aşkarlandı - FOTOLAR

20 Avqust 2017 20:03

Azərbaycanda yeni nazir təyin edildi

20 Avqust 2017 19:57

Oğuzda ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

20 Avqust 2017 19:53

Oğuzda ağır yol qəzası: 3 nəfər öldü, 4-ü isə yaralandı

20 Avqust 2017 19:52

"Zirə"nin baş məşqçisi: "Futbolçularım vuruşdular və nəticədə layiqli qələbə qazandıq"

20 Avqust 2017 19:47

Tanınmış iş adamı xəstəxanaya aparıldı

20 Avqust 2017 19:39

İraq Təlafər üzərinə hücuma keçib

20 Avqust 2017 19:38

Bəşəriyyət üçün QORXUNC SSENARİ: Dünya təhlükə ALTINDA

20 Avqust 2017 19:28

Vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 19:23

Azərbaycan əsilli şəxs Rusiyada məşhur idmançını öldürməkdə şübhəli sayılır - FOTO - VİDEO

20 Avqust 2017 19:18

1 nəfər dənizdə batdı

20 Avqust 2017 19:14

Dünyanın ən iyrənc yeməyi - VİDEO

20 Avqust 2017 19:08

Fransada keçirilən festivalda Firəngiz Əlizadənin əsərləri nümayış etdirilib

20 Avqust 2017 19:07

Sena çayından kişi meyiti tapıldı

20 Avqust 2017 18:59

Əsgərlər ölmədən öncə niyə bu qadını görürdülər? - FOTO

20 Avqust 2017 18:53

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib

20 Avqust 2017 18:52

Ağır atletika yığmamızın sabiq üzvü vəfat edib

20 Avqust 2017 18:48

Ermənistan prezidenti Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş cinayətkarı əfv edəcək

20 Avqust 2017 18:47

ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var

20 Avqust 2017 18:43

Cüdoçumuz Universiadada Azərbaycana ilk qızıl medalı qazandırdı

20 Avqust 2017 18:35

"Terrorçuların arasında olanla bizim üçün terrorçudur" - Ərdoğan

20 Avqust 2017 18:33

CAR-da avtobus körpüdən aşdı

20 Avqust 2017 18:30

Dünya çempionu küçə davasında öldürüldü - VİDEO

20 Avqust 2017 18:29

Totti bacarığı ilə hamını heyrətləndirdi

20 Avqust 2017 18:17

İsveç dünyanın ən yaşlı immiqrantını ölkədən çıxarır

20 Avqust 2017 18:13

Portuqaliyada vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 18:12

Rusiyalı dünya çempionunu bu azərbaycanlı öldürüb

20 Avqust 2017 18:09

İraqın ərazi sularında iki gəmi toqquşub, ölənlər var

20 Avqust 2017 17:58

Rus terrorçu anasını hədələdi

20 Avqust 2017 17:58

Bu ölkədə daşlar bala verir - FOTOLAR

20 Avqust 2017 17:48

Zoğalın heç yerdə eşitmədiyiniz faydaları

20 Avqust 2017 17:43

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

20 Avqust 2017 17:38

Ona bir də indi baxın - ailəsi tərəfindən zibilliyə atılmışdı - FOTO

20 Avqust 2017 17:38