Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beyin üçün cinsiyyət fərqi yoxdur

Beyin üçün cinsiyyət fərqi yoxdur

Date: 5 December 2015 10:12

İsrailin Tel-Əviv Universitetində bir qrup alimin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, beyin quruluşunu gözümüzdə canlandırdığımızda cinsiyyətlər arasında konkret bir fərqlilik görünmür.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, israilli, isveçrəli və alman araşdırmaçılardan ibarət tədqiqatçı qrup 1400 insanın maqnit-rezonans texnikasından istifadə edərək beyin görüntülərini araşdırıb.

Araşdırmanın nəticələrinə görə, bəzi beyin xüsusiyyətlərinə daha çox kişilərdə, bəzilərinə isə daha çox qadınlarda rast gəlinib. Bəzi xüsusiyyətlər isə həm qadın, həm də kişi beynində müşahidə olunub. Belə ki, "yalnız kişi" və ya "yalnız qadın" beyni olaraq xarakterizə olunan beyinlər azlıq təşkil edib.
 
Araşdırmanın nəticələri  ABŞ Milli Elmlər Akademiyasının "PNAS" adlı nəşr orqanında yayımlanıb. 
 
Məqalədə alimlər yekdil olaraq: "Tam bir kişi beyni və ya tam bir qadın beynindən söz gedə bilməz", - deyə bildiriblər.

Qeyd edək ki, 2013-cü ildə Amerika alimləri tamamilə fərqli nəticələr əldə etmişdilər. Onlar qadın və kişi beyinləri  arasında ciddi fərq olduğunu bildirmişdilər.

Milli.Az


Tags:  Beyin cinsiyyət fərqi yoxdur

RƏYLƏR


Top news