Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın dövlət istiqrazlarının reytinqi düşmədi

Azərbaycanın dövlət istiqrazlarının reytinqi düşmədi

Date: 5 December 2015 10:29

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət istiqrazlarının reytinqini "Baa3" səviyyəsində saxlayıb. "APA-Economics"in xəbərinə görə, bu barədə "Moody's"in yaydığı məlumatda qeyd edilir.

 

Proqnoz stabil olaraq qalır.

 

Agentlik istiqrazların “Baa3” səviyyəsində, “stabil” reytinqə malik olmasının üç faktora əsaslandığını qeyd edib: “Dövlət Neft Fondunun iri aktivləri hesabına Azərbaycan fiskal möhkəmlik əldə edib. Ölkənin fiskal dayanıqlılığı və işsizliyin aşağı səviyyədə olması neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata olan mənfi təsirini yumşaltmağa yardımçı olacaq".

 

Agentlik hesab edir ki, 2016-cı ildə büdcə defisiti ÜDM-in 5,5%-ni təşkil edəcək.


Tags:  Azərbaycanın dövlət istiqrazlarının reytinqi düşmədi

RƏYLƏR


Top news