Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Vəkil Adəm Məmmədov barəsində cinayət işi başlanılıb

​Vəkil Adəm Məmmədov barəsində cinayət işi başlanılıb

Date: 5 December 2015 10:42

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov barəsində cinayət işi başlanılıb.
Bu barədə “Report”a A.Məmmədov özü məlumat verib.
Vəkil bildirib ki, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 289.1-ci (Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə cinayət işi başlanılıb: "Bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Malik Səfərov mənə zəng edərək bildirdi ki, Sizə qarşı cinayət işi başlanır, istintaqa gəlin. Mən bunun nə ilə bağlı olduğunu soruşduqda, bildirdi ki, beş ay əvvəl "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevi döyüb, söyüb, təhqir etmisiniz. Əslində isə beş ay əvvəl peşə fəaliyyətimi yerinə yetirərkən, birbaşa məhkəmə zalındaca heç bir əsas olmadan, Habil Vəliyev məni söyərək təhqir edib".
Qeyd edək ki, A.Məmmədov hazırda "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun vəkilidir.

Tags:  Vəkil Adəm Məmmədov barəsində cinayət işi başlanılıb

RƏYLƏR


Top news