Xorvatiyanın informasiya texnologiyaları üzrə şirkətlərinin Azərbaycan bazarında fəaliyyəti genişlənir

11:03 5 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində təmsil olunan Xorvatiya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkələrimiz arasında qurulan münasibətlərin qarşılıqlı dost və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdirib. E.Vəlizadə əlaqələrin genişləndirilməsində “Bakutel” sərgisinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəallığının artırılmasına göstərilən maraqdan söz açan nazir müavini ölkəmizdə qurulan texnoparklar və orada yaradılan əlverişli şərait, innovativ sahibkarlığın inkişafi məqsədilə tətbiq edilən güzəştlərdən danışıb, xorvat şirkətlərinə də bu imkanları nəzərə almağı təklif edib.
Azərbaycanla Xorvatiya arasında bütün səviyyələrdə dostluq və əməkdaşlıq münasibətlərinin formalaşdığını deyən Stepan Mesiç ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialin olduğunu vurğulayaraq, bu əməkdaşlığın uğurlu inkişafindan məmnunluğunu ifadə edib. Münasibətlərin dinamik inkişafi və daha da gücləndirilməsində qarşılıqlı marağın olduğunu deyən sabiq Prezident bu baxımdan Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Daha sonra Xorvatiya nümayəndə heyətinin tərkibində təmsil olunan “Neosoft”, “İnfosistem”, “Span”, “Mep” şirkətlərinin fəaliyyət sahələri haqqında məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xorvatiyanin_informasiya_texnologiyalari_uzre_sirketlerinin_Azerbaycan_bazarinda_fealiyyeti_genislenir-908510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR