"Betmen" ölüm ayağında (FOTO, VİDEO)

"Betmen" ölüm ayağında (FOTO, VİDEO)
11:11 5 Dekabr 2015
42 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor Vel Kilmer xərçəng xəstəliyindən əziyyət çəkir.

ANS PRESS-in məlumatına görə, “Betmen: həmişə” filmin baş qəhrəmanı Vel Kilmer ölümcül xəstəliyə tutulub.

55 yaşlı məşhur aktyor bu barədə özü etiraf etməyib. Lakin aktyorun son ildə sosial şəbəkədə paylaşdıqları şəkillərdə görmək olur ki, boğazı şərf ilə qapalıdır.


Vel Kilmer

Deyilənə görə, əməliyyatdan sonra Vel Kilmerin boğazına suni qida borusu yerləşdirilib. Aktyor 2014-cü ildə saxla adla - Oskar Devis kimi bir neçə dəfə xəstəxanaya yerləşdirilib.


Vel Kilmer - "Betmen: həmişə" filmi


"Betmen: həmişə" filmi

Əsrin bəlası olan xərçəng xəstəliyi ilə bundan öncə tanınmış aktyor Maykl Duqlas mübarizə aparıb. 2010-cu ildə qida borusunun xərçənginə tutulan Duqlas 3 il xəstəliklə mübarizə aparıb. Bu çətin günlərdə həyat yoldaşı, dünyanın ən gözəl qadınlarından biri hesab edilən Ketrin Zeta Cons onu yalnız buraxmayıb.
Ağır müalicələrdən sonra həyata qayıdan aktyor sonradan xəstəliyi ilə bağlı yalan dediyini etiraf edib. O, əslində dil xərçəngi olduğunu, yalnız həkiminin istəyilə belə dediyini bildirib.


Maykl Duqlas

Xərçəngin məşhur qurbanlarından biri də əfsanəvi aktrisa Odri Hepbern olub. Ona 1992-ci ildə yoğun bağırsaq xərçəngi diaqnozu qoyublar. Əməliyyatdan üç həftə sonra Odrinin səhhəti yenidən pisləşib. O, 1993-cü ildə vəfat edib.


Odri Hepbern




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR