Tural Bayraməliyev bu dəfə Elza ilə işlədi - audio

Tural Bayraməliyev bu dəfə Elza ilə işlədi -  audio
11:21 5 Dekabr 2015
52 Şou
Ölkə mətbuatı
A- A+

Bəstəkar Tural Bayraməliyev yeni kompazisiyasını təqdim edib.

Axşam.az-ın məlumatına görə, söz və musiqisi özünə məxsus olan “Döndü fəsil” mahnısını əməkdar artist Elza Seyidcahan səsləndirib.

T.Bayraməliyev bunun E.Seyidcahanla ilk işbirlikləri olduğunu bildirib:

“Mahnı bir fəsildən bəhs etmir. Hər kəs bu mahnıdan özünə pay götürəcək. Pop estrada janrında yazılan “Döndü fəsil”  Türkiyənin peşəkar musiqi heyəti tərəfindən müşayiət olunub. Dəfələrlə məndən “Mahnılarınızın ünvanı var” deyə, soruşurlar. Mahnılarımı böyük dinləyici kütləsi üçün yazrıam".

T.Bayraməliyev mahnıya klip də çəkiləcəyini bildirib.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR