Futbol üzrə Fransa çempionatının ( Liqa 1) 17-ci turu çərçivəsində "Nitsa" klubu öz meydanında PSJ-ni qəbul edib.
ANS PRESS-in məlumatına görə, bu oyun PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.
Matça gəlincə, oyunda hesab 35-ci dəqiqədə PSJ klubunun hücumçusu Edinson Kavani tərəfindən açılıb. Kavani İbrahimoviçin ideal ötürməsini qapıyaraq oyunda hesabı açıb. Birinci hissənin əsas vaxtının tamamına 1 dəqiqə qalmış isə, Zlatan İbrahimoviç 11 metirlik cərimə zərbəsindən sonra adını tabloya yazdırıb. İbra bir daha 61-ci dəqiqədə fərqlənib. Zlatan Anxel Di Mariyanın ötürməsini qolla tamamlayıb. Beləliklə, PSJ "Nitsa" üzərində 3:0 hesabı ilə qalib gəlib. Zlatan İbrahimoviç isə oyunda dubl edərək, PSJ klubunun tarixinə düşüb. Beləki, PSJ-nin isveçli hücumçusu Paris klubunun heyyətində Liqa 1-də ən çox qol vuran futbolçu kimi tarixə düşüb ( 87 qol).
"Nitsa" - PSJ oyunu
Bu qələbədən sonra aktivinə 3 xal yazdıran "parislilər" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıblar. "Nitsa" isə, 25 xalla 5-cidir.
Liqa 1-in turnir cədvəli