ATƏT XİN Şurasında terrorizmlə mübarizəyə dair bəyannamə və digər sənədlər qəbul edildi

ATƏT XİN Şurasında terrorizmlə mübarizəyə dair bəyannamə və digər sənədlər qəbul edildi
11:32 5 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT Xarici İşlər Nazirləri Şurası Belqradda keçirilən iki günlük görüşlərinin yekununda terrorizmlə mübarizəyə dair bəyannamə və bir sıra digər sənədlərdə razılığa gəliblər.

APA-nın məlumatına görə, bu barədə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç yekun mətbuat konfransında deyib: "Bəzən konsensusa gəlmək, xüsusilə 57 üzvü olan ATƏT kimi təşkilatda vahid fikrə gəlmək çətin olur. Lakin biz çox sevinirik ki, bəzi qütbləşmələrə baxmayaraq, terrorizmlə mübarizə, narkotik nəqliyyatı, zorakı ekstremizmlə mübarizə, gənclər məsələsi, təhlükəsizlik kimi sahələr üzrə razılığa gələ bildik".

Yekun sənədlər üzrə səsvermə qapalı keçirilib. Uzun müzakirələr səbəbindən iclas təyin edildiyi vaxtdan gec başa çatıb.

Xatırladaq ki, gələn il yanvarın 1-dən ATƏT-ə Almaniya sədrlik edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/387852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR