Milyarder vəkil özünü asdı

Milyarder vəkil özünü asdı
11:32 5 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın ən zəngin vəkillərindən biri, "İlin hüquqşünası" adının sahibi, Moskvadakı "Olimpiyski" idman kompleksinin şəriki Dmitri Şumkov "Moskva Siti" yaşayış kompleksindəki mənzilində özünü asıb.

Milli.Az TASS-a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, D.Şumkov "Federasiya qülləsi" göydələnindəki superlüks mənzilinin qarderob otağında qalstukundan asılmış vəziyyətdə tapılıb.
Digər mənbələr isə bildirirlər ki, Dmitri Şumkov özünün Prennya, 12 ünvandakı ofisində, iş kabinetində intihar edib.
İntihara səbəb kimi D.Şumkovun qarşılaşdığı ciddi maliyyə problemləri göstərilir. Onun şəriki rüşvət aldığına görə 3,5 il müddətinə azadlıqdan məhrum olunub.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR