Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR prezidenti yanğın baş vermiş platformaya gedib

SOCAR prezidenti yanğın baş vermiş platformaya gedib

Date: 5 December 2015 11:34

Rövnəq Abdullayev bu gün səhər saatlarında hadisə yerində olub

 

 

Dünən “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğınla əlaqədar SOCAR prezidenti Rövnəq Abdullayev bu gün səhər saatlarında hadisə yerində olub.

 

“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın “Facebook” səhifəsində məlumat verilib.

 

“SOCAR prezidenti səhər saatlarında platformadakı yanğın yerində olub”, - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. İlk növbədə özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb və 42 nəfər işçi yanğın baş verən ərazidən təxliyə olunublar.

 

Yanğın davam edir.


Tags:  SOCAR prezidenti yanğın baş vermiş platformaya gedib


RƏYLƏR


Top news