Bakıda Hollivud ulduzlarının iştirakı ilə tamaşalar göstəriləcək

Bakıda Hollivud ulduzlarının iştirakı ilə tamaşalar göstəriləcək
11:36 5 Dekabr 2015
35 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda Hollivud ulduzlarının iştirakı ilə tamaşalar göstəriləcək.

Axşam.az-ın "British Council"a istinadən məlumatına görə, Nizami kinoteatrında dünyanın ən yaxşı teatrlarından - Kral Milli teatrı (London), “Qlobus” Şekspir teatrı (London), Kral Şekspir şirkəti (Stratford-na-Eyvone), Böyük Teatr (Moskva), Metropoliten Operanın (Nyu-York) - canlı yayımlar nümayiş etdiriləcək.

Dekabrın 8-dən etibarən başlayan "TheatreHD" adlı layihənin tərəfdaşları arasında "British Council" və Mədəniyyət və Turizm Nazirliyi də var. Yüksək keyfiyyətli kameralar kinoteatr tamaşaçılarının hər bir səhnəni ən yaxşı şəkildə izləyə biləcəkləri şəkildə yerləşdirilmişdir. Çəkilişlər auditoriyanın iştirakı ilə tamaşalardan canlı yayımlanacaq.

Baş rollarda dünya səviyyəli ulduzlar – Benedikt Kamberbetç, Tom Hiddlston, Reyf Fayns, Helen Mirren, Stiven Fray, Mark Stronq, Kristofer Plammer Yonas Kaufman, Cillian Anderson, Anna Netrebko, İldar Abdrazakov, Svetlana Zaxarova, Vladislav Lantratov və başqaları oynayırlar.

Bundan başqa, TheatreHD layihəsi dünyanın ən məşhur muzeylərinə səyahət etmək və Mone, Vermeyer, Van Qoq, Rembrandt və digər görkəmli rəssamların məşhur əsərlərini detalları ilə izləmək imkanı verir.

TheatreHD layihəsi çərçivəsində ilk tamaşa Benedikt Kamberbeçin iştirakı ilə Uilyam Şekspirin Hamlet əsəri olacaq. Tamaşa 8 dekabr 2015 tarixində saat 19.00-da Nizami kino mərkəzində baş tutacaq.
 
İkinci tamaşa Tom Hidlestonun iştirakı ilə "Koriolanus" olacaqdır. Tamaşa 15 dekabr 2015-ci tarixində saat 19.00-da Nizami kinotetrında baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41976

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR