"Qarabağ"la "Qəbələ"nin pulu olduğu üçün güclüdü"

"Qarabağ"la "Qəbələ"nin pulu olduğu üçün güclüdü"
11:52 5 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

“İnter”in gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri "qafqazinfo"ya müsahibə verib. Müsahibəni təqdim edir. 


- Zədəniz nə yerdədir?

- Əsas mərhəə geridə qalıb. Daha 2 oyunu buraxacağam. Ondan sonra isə məşqlərə başklayacam və komandaya qoşulacam.


- Növbəti oyununuzu “Qarabağ”a qarşı keçirəcəksiz...

- Həddən artıq çətin matç olacaq. “Qarabağ” güclü rəqibdir və biz onlara qarşı öz oyunumuzu göstərməyə çalışacağıq.


- “Qələbə” qazanmaq şansınız nə qədərdir?

- “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Onların heyətində əla fərdi keyfiyyətlərə malik oyunçular var və əla futbol oynayırlar. “Qarabağ”ın oyunu göz oxşayır. Bizim əsas məqsədimiz müdafiədə ən üst səviyyədə oynamaq və əks-hücumlar üçün şansımızı gözləmək lazımdır. Düzdü, dərk edirik ki, çox çətin olacaq amma xal qazanmaq mümkündür.


- “İnter”də maliyyə problemləri yoluna düşür ya vəziyyət yaxşıya doğru dəyişir?

- Biz maaşlarımızı almışıq. Bununla bağlı problem yoxdur. Amma Avropa Liqasının təsnifat oyunlarındakı çıxışımıza görə almalı olduğumuz mükafatlar hələ də verilməyib. Üstündən uzun müddət keçsə də. İndi də vəziyyət stabil deyil. Gələcəkdə yaxşı və ya pis olacağını heç kim bilmir. Lakin hər bir futbolçu komandaya hörmət etməlidir və edir. “İnter” çətin günlərini keçirir və bu günləri geridə qoymaq üçün əlimizdən gələni edəcəyik.


- Komandaların bu vəziyyəti çempionatın səviyyəsini aşağı salıb…

- Mən burda keçirilən son çempionatdan xəbərdar deyiləm. Indi pis deyil. Lakin bir problem var ki, “Qarabağ” şəriksiz liderdir və çox güclüdür. Digər komandalar isə öz aralarında digər yerlər üçün oynayırlar. Amma yenə də deyim ki, bu liqada qələbə qazanmaq göründüyü kimi asan deyil.


- “Qəbələ” “Qarabağ”la mübarizə aparacaq gücdə deyil?

- “Qəbələ” də digər komandalardan güclüdür. Bilirsiz bu 2 komandanın pulu olduğuna görə güclüdürlər. Yəni pul varsa, sən daha keyfiyyətli futbolçular toplaya bilərsən. Necə ki, onlar bunu ediblər. “Qəbələ” digər 8 komanda ilə müqayisədə güclü olsa da, “Qarabağ” onlardan da güclüdür. Fikrimcə, Qurban Qurbanovun komandası bu il 3-cü dəfə ardıcıl çempion olacaq. Çünki onların səviyyəsi Azərbaycan üçün ən yüksəkdədir. Hazırda “Qarabağ”ın başı UEFA Avropa Liqasında növbəti mərhələyə adlamağa qarışıb. Ona görə də çempionata diqqət etmirlər. Əgər tam fikirlərini bura ayırsalar, bütün oyunlarda qələbə qazanacaqlar. Bu da səviyyəni göstərəcək.


- Bilirsən ki, UEFA “İnter”ə ağır cəzalar tətbiq edə bilər? Əgər komandanız yanvarın sonuna qədər borclarını ödəməsə…

- Əgər belə olsa, bu katastrofdur. Pul ödənməsə, UEFA bizə transfer qadağası qoyacaq və bununla da bizim bütün hədəflərimizin üstündən xətt çəkiləcək. Çünki bir neçə futbolçuya ehtiyacımız var. Çempionatda ilk “üçlüy”ə düşmək itəyiriksə, Avropa Liqasına getmək istəyiriksə, yeni transferlərə ehtiyacımız var.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotla-quotqblquotnin-pulu-olduu-ucun-gucluduquot-t45932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR