Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlin ən sevilən mahnıları mükafat aldı - fotolar

İlin ən sevilən mahnıları mükafat aldı -  fotolar

Date: 5 December 2015 11:56

Ötən gün "Mahnı-2015" mükafatlandırma mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, rejissor Nail Naiboğlunun təşkil etdiyi gecədə bir çox tanınmış simalar iştirak edib. Gecədə ilin sevilən və ən çox dinlənilən mahnılarının ifaçıları mükafatlandırılıb.

N.Naiboğlu sorğunun "Facebook" sosial şəbəkədə keçirildiyini bildirib:

"Sosial şəbəkə istifadəçiləri ən çox bəyəndikləri mahnını seçdi. Biz də buna əsasən mükafatları təqdim etdik".

Gecədə əməkdar artist Ədalət Şükürov "Bakının qızları", Almaz Ələsgərlinin "Mən sənsiz", müğənni Sevinc Musayeva "Qızılgülüm", İnci "Daş ürək", Ceyhun Bakinski "Darıxdım", Rauf "-40 dərəcə", Damla "Bu bahar" mahnıları mükafata layiq görülüblər.

Gecədə mükafat alanlar arasında müğənni Fəqan Səfərov, Murad Arif, Rüfət Axundov, Samir Piriyev, Ayaz Qasımov, Gümüş, Natavan Həbibi, "Azərbaycanın səsi" layihəsində ikinci olan Şəbnəm Əliyeva və "Kristal" qrupu da yer alıb.

Mükafatlandırma mərasiminin fəxri qonağı isə modelyer Fəxriyyə Xələfova olub.

Foto: Ramin ASLANOV






























Tags:  İlin sevilən mahnıları mükafat aldı fotolar

RƏYLƏR


Top news