Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda usta müştərinin maşınını qaçırıb qəza törətdi

Bakıda usta müştərinin maşınını qaçırıb qəza törətdi

Date: 5 December 2015 11:57

Paytaxt sakini ustaya verdiyi maşını əzilmiş vəziyyətdə tapıb.

Milli.Az-ın verdiyi xəbərə görə, Bakı şəhər sakini Asif Eynullayev polisə müraciət edərək bildirib ki, özünə məxsus "Tofaş" markalı 90 GD 489 nömrəli avtomobili maşın ustası Murad Məcidova verərək texniki vəziyyətini yoxlamasını istəyib. Lakin M.Məcidov həmin avtomobili icazəsiz olaraq sürüb və D.Aslan küçəsində maneəyə vuraraq qəza törədib. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Polisə çağırılan M.Məcidov hadisəni etiraf edib, izahatı alındıqdan sonra buraxılıb.

Araşdırmalar davam etdirilir.

Fatimə İshakova

Milli.Az


Tags:  Bakıda usta müştərinin maşınını qaçırıb qəza törətdi


RƏYLƏR


Top news