“Telekom” komandası “Gəncliy”ə qalib gələrək turnir cədvəlinin birinci pilləsinə yüksəlib

“Telekom” komandası “Gəncliy”ə qalib gələrək turnir cədvəlinin birinci pilləsinə yüksəlib
12:03 5 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında beşinci tur çərçivəsində bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Telekom” və “Gənclik” komandaları qarşılaşıb.
Görüş Çempionlar Liqası yarışlarında mübarizə aparan təmsilçimiz “Telekom”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə “Telekom” 14 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Lokomotiv” 13 xalla ikinci, “Azərreyl” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Telekom_komandasi_Gencliye_qalib_gelerek_turnir_cedvelinin_birinci_pillesine_yukselib-908528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR