Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda “Qloballaşan dünyada dəyişən gender rolları” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Date: 5 December 2015 12:03


Bakı, 5 dekabr, Şahin Hüseynzadə, AZƏRTAC
Dekabrın 5-də Qərb Universitetində “Qloballaşan dünyada dəyişən gender rolları” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Qərb Universiteti tərəfindən birgə təşkil edilib.
Tədbirdə Milli Məclisin deputatları, Təhsil Nazirliyinin, AQUPDK-nın və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.
Konfransda gender, əmək və ailə, gender və səhiyyə, gender, elm və təhsil, müharibə dövründə qadınlar və zorakılıq, gender və liderlik, gender və KİV-lər, gender və miqrasiya mövzularında müzakirələr aparılıb.

Tags:  Bakıda Qloballaşan dünyada dəyişən gender rolları mövzusunda beynəlxalq elmi konfrans keçirilir


RƏYLƏR


Top news