Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanın "Kobra"sı qalib gəldi

Azərbaycanın "Kobra"sı qalib gəldi

Date: 5 December 2015 12:06

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan "Glory World Series"də rinqə çıxıb və qələbə qazanıb.

ANS PRESS-in məlumatına görə,
Niderlandın paytaxtı Amsterdamda baş tutan döyüşdə idmançımız mərakeşli Aziz Kallahla üz-üzə gəlib.

3 raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə döyüşü üstün keçirən Pərviz Abdullayevin xeyrinə qərar veriblər.


Pərviz Abdullayev - “Kobra” ləqəbli döyüşçü

Pərviz Abdullayev 5 qat dünya çempionudur. Pərviz 45 peşəkar döyüş keçirib və onlardan 41-də qalib gəlib.


Tags:  Azərbaycanın Kobrası qalib gəldi

RƏYLƏR


Top news