Aysel Əlizadə: "Bir milyon manat versələr..."

Aysel Əlizadə: "Bir milyon manat versələr..."
12:12 5 Dekabr 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Aysel Əlizadə xarici görünüşünə önəm verir.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, ifaçı xarici görünüşündə tez-tez dəyişiklik etməyi sevmədiyini bildirib:
 "Sünilikdən uzaq olmağa çalışıram. Hətta saçlarımda da sadəliyə üstünlük verirəm, məsələn, qaynaqdan istifadə etmirəm. Mənim üçün gözəllik təbiilikdir".
 Saçlarına xüsusi qulluq etdiyini bildirən sənətçi "Bir milyon manat versələr, keçəl qırxdırarsınız?" sualına qətiyyətlə yox cavabı verib:

"Yox, nə danışırsınız? Heç vaxt! Saçımı əzab-əziyyətlə uzadıram. Düzdür, pul indiki zamanədə hər şey deməkdir. Pulun varsa, yaşayırsan. Amma  mən pula görə gözəlliyimi qurban verə bilmərəm. Xanımın gözəlliyi onun saçında və təbiiliyindədir".

O, imicində köklü dəyişiklik etməsi üçün  səs-küy salacaq təklif gözlədiyini də vurğulayıb: "Müxtəlif zamanlarda fərqli imiclərdə olmuşam. Ancaq indi görünüşümdə köklü dəyişiklik etmək istəmirəm. Hələ heç nə etməmişəm, məni yıxıb-sürüyürlər, gör etsəm, nə olar? Risk etməkdən qorxmuram, ancaq buna dəyməz. İzləyicilərimin qarşısına böyük layihələrlə çıxmağı üstün tuturam.  Anlayıram, müğənni daim sənətindəki yeniliklərlə yanaşı, xarici görünüşündə də fərqlənməlidir. Gündəlik dəyişiklik üçün uzaqbaşı saçımın rəngini dəyişərəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/387853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR