Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Kəpəz"də iki itki

"Kəpəz"də iki itki

Tarix: 5 Dekabr 2015 12:17

Topaz Premyer Liqasının XV turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlıqlarına başlayan “Kəpəz”in heyətində itkilər var. Fanat.az xəbər verir ki, sarı vərəqə limitini dolduran Rəşad Eyyubov cəzalı duruma düşdüyündən qarşıdakı matçda komandaya kömək edə bilməyəcək.


“Sarı-göylər”in heyətində zədəlilər də var. “Xəzər Lənkəran”la kubok oyununda dizindən xəsarət alan Tural Nərimanovun zədəsi ciddidi. Cənublularla görüşün ilk hissəsində rəqibin kobud oyununa məruz qalan müdafiəçinin bud əzələsi əzilib. Məşq edə bilməyən Nərimanov həkim nəzarəti altındadı.


“Xəzər Lənkəran”la oyuna aparılmayan Şəhriyar Əliyevin durumu isə yaxşılaşıb və futbolçu komanda ilə ümumi halda məşqlərə başlayıb.  


Fanat.az


Teqlər:  Kəpəzdə iki itki



RƏYLƏR


Top xəbərlər