Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD: "O gülləbaranı biz törətdik" - FOTO

İŞİD: "O gülləbaranı biz törətdik" - FOTO

Date: 5 December 2015 12:17

ABŞ-ın Kaliforniya ştatındakı San-Bernardino şəhərində, sosial təminat mərkəzində törədilmiş qanlı faciəyə görə məsuliyyəti "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı üzərinə götürüb.

Bununla belə, İŞİD "o hadisəni həyata keçirənlər bilavasitə üzvlərimiz olmayıblar" açıqlaması verib.
Milli.Az AAmag-a istinadən bildirir ki, San-Bernardinoda 14 nəfəri güllələyən, 21 nəfəri yaralayanlar 28 yaşlı Seyid Rezvan Faruq və onun arvadı, 27 yaşlı Taşfin Malikdi. Taşfin Malik İŞİD lideri Əbubəkir əl Bağdadiyə sədaqət andı içmişdi.
O, San-Bernardinodakı qanlı olay ərəfəsində Facebook-dakı profilində bu barədə yazmışdı.
ABŞ-ın Federal Təhqiqatlar Bürosu gülləbaranı terror aktı kimi dəyərləndirib.
 

Milli.Az


























Tags:  İŞİD gülləbaranı biz törətdik FOTO


RƏYLƏR


Top news