Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ dövlət katibi: "TAP çox önəmli layihədir"

ABŞ dövlət katibi: "TAP çox önəmli layihədir"

Date: 5 December 2015 12:19

 

 

Biz Yunanıstan hökumətinin Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (GBI) ilə irəli hərəkət etməsini alqışlayırıq.

 

APA-nın ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ Dövlət katibi Con Kerri Yunanıstan xarici işlər naziri Nikos Kotziasla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

"Bunlar çox önəmli enerji layihələridir. Bu layihələr tək Yunanıstan iqtisadiyyatını möhkəmləndirməyəcək, həm də regional stabillik və firavanlığı inkişaf etdirəcək. Əminəm ki, bu layihələr həm də Yunanıstanda ABŞ investisiyası üçün yeni imkanlar açacaq”, - deyə dövlət katibi vurğulayıb.


Tags:  ABŞ dövlət katibi TAP çox önəmli layihədir

RƏYLƏR


Top news