"Vurduğumuz qolları "Qəbələ"nin çempionluğuna dəyişərdim"

"Vurduğumuz qolları "Qəbələ"nin çempionluğuna dəyişərdim"
12:27 5 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Vurduğu 5 qolla Topaz Premyer Liqasının ən sərrast oyunçuları sırasında yer alan "Qəbələ"nin 29 yaşlı ukraynalı hücumçusu Aleksey Antonovla “Qəbələ İK” qəzetinə müsahibə verib. Müsahibəni təqdim edirik.

- Səninlə müsahibə almaq üçün bir müddət gözləməli olduq. Deyəsən, jurnalistlərlə ünsiyyətə o qədər də meyl etmirsən?
- Xeyr, elə deyil. Sadəcə, sözlərim təhrif ediləndə xoşuma gəlmir. Buna görə də, son vaxtlar jurnalistlərlə ünsiyyətdən kənar durmağa çalışıram. “Qəbələ” bütün Azərbaycan futbolu, ölkənizə reytinq xalı qazandırmaq naminə çalışır. Biz futbolçular isə 10 ilin komandası olan “Qəbələ”ni Avropada tanıtdırırıq. Məncə, əsaslı tənqidlər işimizi daha yaxşı görmək üçün bizə stimul olmalıdır.

- Karyeranda ilk dəfə Azərbaycanda oynayırsan. “Qəbələ”dəki çıxışına necə qiymət verərdin?
- Məncə, bunu etmək tezdir. Karyeramda “Qəbələ”nin hansı yeri tutacağını indidən deyə bilmərəm. Ancaq sözsüz ki, klubun tarixində ən uğurlu mövsümün iştirakçısı olmaq çox xoşdur. Ümid edirəm, bu, “Qəbələ”nin tarixində son belə mövsüm olmayacaq. Arzum budur ki, “Qəbələ” avroliqalarda mübarizə aparmağı ənənəyə çevirsin. Biz futbolçular da həmin həyəcanı bir daha yaşayaq.

- Azərbaycanda, Qəbələdə həyatın necə keçir?
- Buranı əvvəl yaşadığım Qazaxıstanın Aktöbe şəhəriylə müqayisə edə bilərəm. Azərbaycan daha çox xoşuma gəlir. Burada mənə rahatdır. Bunu ilk növbədə infrastrukturla əlaqələndirərdim. Çünki yaxşı şərait peşəkar futbol həyatının ayrılmaz hissəsidir. Üstəlik, tanış insanlarla bir komandada olmaq işimi asanlaşdırır. Tez-tez Bakıda oluruq. Paytaxtınız çox gözəldir. Ümumiyyətlə, Azərbaycanda elə bir şey yoxdur ki, xoşuma gəlməsin.

- Azərbaycan futbolunun ümumilikdə Qazaxıstan futbolu ilə müqayisə edərkən nələri qeyd edərdin?
- Azərbaycanda infrastruktur, stadionlar, meydançaların vəziyyəti daha yaxşıdır. Prinsipcə, Qazaxıstanda da yaxşı futbolçular var. Ancaq həmin ölkədə infrastruktur, belə deyək, SSRİ-də olduğu səviyyədədir. Azərbaycan bu baxımdan Qazaxıstanı üstələyir. Ölkənizdə yaxşı stadionlar var. Hətta süni ot örtüklü meydançaların da səviyyəsi daha yaxşıdır.

- Ötən ilin sonunda, Qrqiqorçuk kluba gələndə, özü ilə “Çernomorets”dən bir neçə futbolçu gətirdi. Həmin vaxt sənin də “Qəbələ”yə keçmək imkanın vardımı?
- Xeyr, “Aktobe” ilə müqaviləm vardı. Məni buraxmırdılar. Yayda imkan yarandı və bundan istifadə etdim. Roman Qriqorçukun “Qəbələ”də çalışması, eləcə də birgə işlədiyim digər məşqçilərin və çoxdan tanıdığım futbolçuların komandada olması qərarıma böyük təsir göstərdi.

- İndiyədək milli çempionatımızda çoxlu ukraynalı futbolçu oynayıb. “Qəbələ”yədək Azərbaycan klubundan dəvət almışdın?
- Xeyr. Azərbaycan klublarının mənimlə maraqlandığını heç vaxt eşitməmişəm. Əslində, Ukraynada vəziyyət normal olsaydı, heç Qazaxıstana da getməyəcəkdim.

- Ümumiyyətlə, indiyədək xarici klublardan cəlbedici təklif almısan?
- 3 ölkədə legioner həyatı yaşamışam. “Qəbələ” və “Aktobe”dən əvvəl Rusiyanın “Kuban” klubunda oynamışam. Ötən il “Çernomorets”lə Avropa Liqasının 1/16 final mərhələsində “Lion”la qarşılaşdıq. O zaman Fransa klubunun baş məşqçisi (hazırda “Aston Villa”nı çalışdıran Remi Qard nəzərdə tutulur - M.S.), eşitdiyimə görə, məni öz komandasında görmək istəyirmiş. Ancaq həmin mütəxəssis vəzifəsindən getdi və yeni baş məşqçinin gəlişi ilə söhbət bağlandı.

- Yetirməsi olduğun “Dnepr” də daxil olmaqla vətənində bir sıra klublarda oynamısan. Ukrayna karyerandan razısan?
- Ümid edirəm, Ukrayna karyeram hələ bitməyib (gülür). Məncə vətənimdə çıxış etməyə yenə imkanım olacaq. Bir məsələ də var ki, mən nəinki Ukraynada, ümumiyyətlə, indiyədək çempion olmamışam. “Metallist”lə Ukraynada bürünc, “Aktobe” ilə isə Qazaxıstanda gümüş medala sahib çıxmışam. Odur ki, ilk çempionluq sevincimi “Qəbələ” ilə yaşamaq istəyirəm. Xaricdə çempion olmaq daha nüfuzludur. Premyer Liqanın qalibi olmaq “Qəbələ” üçün də böyük uğur sayılacaq.

- Ötən il “Çernomorets”, bu il isə “Qəbələ”nin heyətində Avropa Liqasında çıxış etdin. “Qəbələ”nin Avropa Liqasında çıxışı haqqında hansı fikirdəsən?
- Hesab edirəm ki, “Qəbələ” bu mövsüm Avropa Liqasında öz sözünü deyə bildi. Qrup mərhələsinə çıxmağımız, ümumiyyətlə, “Qəbələ” üçün böyük nailiyyətdir. Qrup mərhələsinə düşmək, Avropanın əksər klubları üçün prioritet sayılsa da, bunu hər komanda bacarmır.

- Bu yolun başlanğıcında, Tiflis “Dinamo”su üzərində möhtəşəm qələbə qazandığınız gün qrup mərhələsinədək gəlib çıxacağınızı gözləyirdinizmi?
- Qrup mərhələsinə çıxacağımızı gözləməsək də, uğur qazanacağımıza inanırdıq. Çox şadam ki, birgə səylərimiz nəticəsində klub tarixində ən yaxşı uğura imza atdıq. Salonikidə isə qrupdan çıxmayacağımız matçadək dəqiqləşsə də, bu, qələbəyə olan istəklərimizi azaltmamışdı.

- “Qəbələ”nin Avropa Liqasında ilk qələbəsini (Tiflis “Dinamo”nu ılə cavab matçında) qazandığı oyunda qol hesabını açsan da, sonrakı matçlarda fərqlənə bilmədin...
- Qol imkanlarım çox oldu. Hətta qrup mərhələsində fərqlənmək üçün 3 dəfə yaxşı fürsət qazandım. Elə son turda, PAOK-la matçı “çərçivə”yə doğru dəqiq zərbə endirsəm də, qapıçı qola imkan vermədi. Bəxt heç də həmişə, xüsusilə avrokuboklarda üzünə gülmür. “Krasnodar”la matçda komandamızın qrupda ilk qələbəsini qazanmaq və ilk qolumu vurmaq üçün əlimdən gələni edəcəyəm.

- Avrokuboklardan fərqli olaraq qol vurmaq baxımından çempionatda işlərin daha yaxşı gedir...
- Bu, hələ yolun başlanğıcıdır. Vurduğum və bundan sonra vuracağım bütün qolları bircə “Qəbələ"nin çempion olmasına dəyişərdim.

- Bir qədər öncə top fərqinə görə “Qarabağ”dan öndə, turnir cədvəlində birinci sırada yer almışdız. İndi liderdən 8 xal geridəsiz.
- Demək, durumu xeyrimizə dəyişmək baxımından qarşıda bizi maraqlı mübarizə gözləyir. “Qarabağ”la hələ 1 dəfə görüşmüşük. İlin sonunadək bir daha üz-üzə gələcəyik. Əlbəttə, liderliyi əldən verməyimiz, xal itirməyimiz bizi də qane etmir. Sözsüz ki, buna görə çox narahatıq. İnanıram ki, “Xəzər Lənkəran”la matçda bu uğursuz seriyaya son qoyacağıq.

- Xal itkilərinin əsas səbəblərindən biri qol imkanlarını boşa verməyiniz oldu. Bir hücumçu kimi bunun səbəbini nədə görürsən?
- Dəqiq səbəb deyə bilmərəm. Ola bilər, bəzi anlarda soyuqqanlı olmaq lazım idi. Ancaq digər tərəfdən, AZAL-la Qəbələdəki oyunda 2 “təmiz qol” vurduq, sayılmadı. Son ev oyunlarında az qol vursaq da, “Xəzər Lənkəran”ın qapısına 6 dəfə yol tapmışdıq. Yəni birmənalı səbəb gətirmək olmur. Ancaq onu bilirəm ki, birgə səylərimizlə qalan matçlarda qalib gəlməliyik. Xüsusilə də Qəbələdə.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

19 Avqust 2017 15:12

ABŞ-da silahlı insident

19 Avqust 2017 15:11

Deputat Sabirabadda atasına heykəl qoydurub

19 Avqust 2017 15:09

Türkiyədə güclü yanğın

19 Avqust 2017 15:07

Prezident Göygöldədir

19 Avqust 2017 15:03

Vladimir Putinə Rusiya paytaxtını dəyişmək təklif edilib

19 Avqust 2017 15:02

Azərbaycan Prezidenti Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub

19 Avqust 2017 15:02

Prezident Göygöldə

19 Avqust 2017 14:59

Suyun içindəki adamın üstünə atılan aslanın görüntüləri rekord qırdı - VİDEO

19 Avqust 2017 14:58

Prezident İlham Əliyev Göygöl rayonuna səfər edib

19 Avqust 2017 14:57

"Qarabağ" “İnter”ə, “Neftçi” debütanta qarşı - YENİLƏNİR

19 Avqust 2017 14:57

Məktəb rəhbərlərinin diaqnostik qiymətləndirilməsi aparılır

19 Avqust 2017 14:48

Surqutda bıçaqla əhaliyə hücum edənin kimliyi müəyyənləşib

19 Avqust 2017 14:47

Ad gününə bir gün qalmış öldü

19 Avqust 2017 14:42

Rusiyada silahlı HÜCUM: 8 yaralı – VİDEO

19 Avqust 2017 14:38

Azərbaycan kimya məhsullarının ixracından gəlirini 30% artırıb

19 Avqust 2017 14:37

Prezident "Azərsu"ya 11,8 milyon manat ayırdı - Sərəncam

19 Avqust 2017 14:34

Rusiyada bıçaqlı hücum

19 Avqust 2017 14:34

Təbii daşlar haqda bilmədiklərimiz

19 Avqust 2017 14:30

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - VERSAL SARAYININ dəhşətləri

19 Avqust 2017 14:28

Salyanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

19 Avqust 2017 14:27

Norveç millisi Azərbaycan yığması ilə görüşə futbolçu itkisi ilə çıxacaq

19 Avqust 2017 14:22

Salyana 11.8 milyon manat vəsait ayrıldı

19 Avqust 2017 14:20

Bakıda 350 sürücü cərimələndi - REYD

19 Avqust 2017 14:19

Milli Məclisin deputatı: "Atamın heykəli sovet dövründə qoyulub, qızıl suyuna da salınmayıb"

19 Avqust 2017 14:17

Səs gücləndiriciyə 500 voltluq elektrik verilərsə, nə baş verər?

19 Avqust 2017 14:13

DYP paytaxtda reyd keçirib, 350-dən artıq sürücü cərimələnib

19 Avqust 2017 14:02

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

19 Avqust 2017 14:02

Binəqədidə minik avtomobili yanıb

19 Avqust 2017 14:01

Bermud üçbucağının sirri

19 Avqust 2017 13:49

Kənan İmirzalıoğlu həyat yoldaşının yanlarına ŞAPALAQ VURDU – FOTO

19 Avqust 2017 13:48

"Yuventus"un 18 milyonluq ulduzu "Qalatasaray"da

19 Avqust 2017 13:47

ABŞ-da atışma olub, bir polis zabiti ölüb, biri yaralanıb

19 Avqust 2017 13:42

"Kopenhagen”dən Azərbaycana qadağa

19 Avqust 2017 13:37

Xırdalanda orta məktəb qarət olundu

19 Avqust 2017 13:37

2025-ci ilə qədər... - Moskvadan İrəvana ZƏRBƏ

19 Avqust 2017 13:28

Rusiyada naməlum şəxs insanlara bıçaqla hücum edib, 8 nəfər yaralanıb

19 Avqust 2017 13:27

“BakuBus” təkər almaq istəyir

19 Avqust 2017 13:27

İstirahət gününün havası

19 Avqust 2017 13:25

Finlandiyada Turku şəhərindəki bıçaqlı hücumla əlaqədar daha 5 nəfər saxlanılıb

19 Avqust 2017 13:22

Qərəzli yazı və ya şüşəsi 10 000 avroya “qalxan” fransız şərabı

19 Avqust 2017 13:22

Konsertlərindən sərvət qazanan məşhur müğənni dilənçiyə elə sifət göstəridi ki... - FOTO

19 Avqust 2017 13:18

Kişilər arasında dünya çempionatının oyunlarına ilk dəfə qadın hakimlər təyinat alıb

19 Avqust 2017 13:02

Xırdalanda məktəb qarət olundu

19 Avqust 2017 12:59

Tibdə SIÇRAYIŞ: "Hepatit C"-nin müalicəsi tapıldı

19 Avqust 2017 12:48

Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxs

19 Avqust 2017 12:41

Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutulub

19 Avqust 2017 12:37

Daha bir dünya ulduzu Türkiyə yolunda

19 Avqust 2017 12:37

Səhnəyə alt paltarında çıxan 71 yaşlı müğənninin cavanlıq sirri AŞKAR OLDU

19 Avqust 2017 12:33

Paltar ütüləmək dərdinə SON

19 Avqust 2017 12:32