Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan İKT sahəsində Avropa ilə əlaqələri genişləndirir

Azərbaycan İKT sahəsində Avropa ilə əlaqələri genişləndirir

Date: 5 December 2015 12:31

Azərbaycan İKT sahəsində Avropa ilə əlaqələri genişləndirir.
 
Belə ki,  AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) nümayəndə heyəti noyabr ayının sonunda Lüksemburqda keçirilən bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.
 
AMEA-nın akademik katibi və institutun direktoru akademik Rasim Əliquliyev, institutun şöbə müdirləri texnika üzrə elmlər doktoru Ramiz Əliquliyev və texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev GEANT Assosiasiyasının Baş Assambleyasında, “EaPConnect” layihəsinin iclaslarında və Avropada Elektron Elm İnfrastrukturları Qrupunun (e-IRG: Electronic Research Infrastructures Reflection Group) işçi seminarında iştirak edib. İTİ-dən bildirilib ki, “EaPConnect” layihəsinin iclaslarında Şərq tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın GEANT şəbəkəsinə qoşulması ilə bağlı məsələlər müzakirə edilib, “EaPConnect” şəbəkəsinin yaradılması ilə bağlı aparılan işlərin 2016-cı ilin əvvəlində tamamlanmasına qərar verilib. “AzScienceNet” əməkdaşlarının yeni yaradılacaq şəbəkənin idarə olunmasında aktiv iştirak edəcəyi nəzərə alınaraq, onların GEANT tərəfindən keçiriləcək təlimlərə qoşulması qərara alınıb.
 
 
GEANT Baş Assambleyasının iclaslarında GEANT prezidenti və direktorlar şurasının tərkibinin müəyyənləşdirilməsi üçün seçki keçirilib, yeni texniki proqram qəbul edilib.  
 
 
Avropada Elektron Elm İnfrastrukturları Qrupunun (e-IRG) təşkilatçılığı ilə keçirilən işçi seminarda elm və təhsil üçün Avropanın elektron infrastrukturlarının birgə istifadəsi məsələləri müzakirə olunub.
 
Burada elm üçün nəzərdə tutulmuş bütün İKT resurslarının, o cümlədən şəbəkə resurslarının, verilənlər bazalarının, data mərkəzlərin, həmçinin yeni proqram təminatlarının Avropa üzrə birgə istifadəsi üçün yeni yanaşmalar təklif olunub.
 
 
 
Həqiqət İSABALAYEVA


Tags:  Azərbaycan İKT sahəsində Avropa əlaqələri genişləndirir


RƏYLƏR


Top news