Romantik münasibətlər insanı dəyişir

Romantik münasibətlər insanı dəyişir
12:33 5 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Sevgililəri olan dostlar tez-tez deyirlər ki, onlar yeni münasibətlərin başlamasından sonra dəyişiblər. Görünür, onlar haqlıdırlar. Floridanın Atlantik Universitetinin mütəxəssisləri aydınlaşdırıblar ki, yeniyetmələr sevgili tapana qədər ən azı alkoqol istifadəsində səviyyəsinə görə öz dostlarına oxşayırlar. Bu barədə The Times of India yazır.
AZƏRTAC meddaily.ru saytına istinadən xəbər verir ki, tədqiqatlarda 12-18 yaşlı 574 oğlan və 662 qız iştirak edib. Könüllülər öz dostları, tərəfdaşları və istifadə etdikləri alkoqolun miqdarı haqqında danışıblar. Məlum olub ki, romantik münasibətlər qurmuş iştirakçılar tənhalara nisbətən alkoqol istehlakının səviyyəsinə görə dostlarına az oxşayırlar.
Yeniyetmələrin dostluğu ümumi maraqlar üzərində qurulur. Onların həyatında ən mühüm adamlardan biri dostları olur. Lakin romantik münasibətlərin başlanması ilə hər şey dəyişir. Gənc insanların dostları ilə oxşarlıqları sevgililərinin xoşbəxtliyi naminə arxa plana keçir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Romantik_munasibetler_insani_deyisir-908541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR