Azərbaycan Ordusu erməniləri belə məhv etdi (VİDEO)

12:41 5 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ ərazilərindəki erməni mövqelərinin artilleriya atəşinə tutması barədə görüntüləri əks etdirən videogörüntülər yayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, atəşin koordinasiyası pilotsuz uçan aparatın məlumatlarına görə aparılıb. Atəş nəticəsində həmin vaxt ərazidə olan erməni hərbçiləri ölüb, həmçinin yaralılar da var.

Ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub.

Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var.




Son günlər Ermənistan Silahlı Qüvvələri bütün cəbhəboyu ərazilərdə təxribat xarakterli fəaliyyətlərini genişləndirməyə çalışırlar. Rergiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək onun hərəkətinin qarşısını qətiyyətlə alıblar. Erməni tərəfi xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin bir giziri yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR