Qərargah: "Günəşli" yatağının yanğın baş vermiş platformasında qalan işçilər sağ-salamatdırlar

Qərargah: "Günəşli" yatağının yanğın baş vermiş platformasında qalan işçilər sağ-salamatdırlar
12:47 5 Dekabr 2015
109 Digər
Ölkə mətbuatı
A- A+

Yanğın baş verən platformada qalan işçilər sağ-salamatdırlar.

Bu barədə APA-ya "Azneft" İB-də yaradılan qərargahdan məlumat verilib.

Qərargahdan bildirilib ki, SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerindədir. FHN-in vertolyotu da hadisə yerinə cəlb olunub, qısa zamanda xilasetmə qayığı oradan götürüləcək.

Bundan başqa, platformada yanğının hələ də davam etdiyi bildirilib: "Dalğalar çox hündür olduğundan yanğınsöndürən gəmilər platformaya yaxınlaşa bilmir".

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/387879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR