Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

İranın Ərdəbil əyalətində güclü qar yağıb - məktəblərdə dərslər dayanıb

İranın Ərdəbil əyalətində güclü qar yağıb - məktəblərdə dərslər dayanıb

Date: 5 December 2015 12:48

Bakı. Təmkin Cəfərov - Trend:

İranın Ərdəbil əyalətində güclü qar yağıb. Əyalətin Azərbaycan sərhədlərinə yaxın Germi, Xalxal, Nəmin və Şahrud şəhərlərində havanın temperaturunun bu gün çox aşağı düşməsi səbəbindən orta məktəblərdə dərslər dayanıb. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər verib.

Məlumata əsasən, Ərdəbil əyalətinin qar yağan şəhərlərində havanın temperaturu mənfi 8 dərəcədir.

Qeyd edək ki, ötən iki gün ərzində Ərdəbil əyalətinə güclü qar yağıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İranın Ərdəbil əyalətində güclü qar yağıb məktəblərdə dərslər dayanıb

RƏYLƏR


Top news