FHN xilasediciləri yanan platformada (VİDEO)

FHN xilasediciləri yanan platformada  (VİDEO)
12:51 5 Dekabr 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə xilasetmə əməliyyatlarına başlanılıb.

Xəzərdə küləyin sürəti nisbətən zəiflədiyi üçün FHN əməkdaşları xilasetmə əməliyyatına artıq başlaya biliblər.

ANS TV-nin məlumatına görə, bunu Dövlət Neft Şirkətinin vitse prezidenti Xaliq Məmmədov deyib. O bildirib ki, hazırda SOCAR və FHN-nin rəhbərliyi olan helikopter “Günəşli” yatağındakı hadisə baş verən əraziyə yəni, 10-cu platformaya enə bilib. Amma güclü küləyin yaratdığı maneəyə baxmayaraq, dənizdə operativ axtarış işləri davam etdirilir.

“Günəşli” yatağında baş verən yanğın hələ də davam edir. Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində və həmçinin Zığ şossesi Əbilov üçəsi 27-də də qərargah yaradılıb. Yanğın baş verən platformada 42 nəfərə yaxın işçi olub. Həmin işçilər kiçik qayıqlar vasitəsilə təhlükəli ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olub.

Nefçilər dənizdən 4-5 metr yüksəklikdədirlər və estakadaya bərkidilmiş qayıqlarda kömək gözləyirlər. Ancaq yanğın şiddətli olduğu üçün gəmilər onlara yaxınlaşa bilmir.


Yanğın baş verən platforma




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR