​SOCAR: Artıq iki neftçi xilas edilib

13:02 5 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Məlumata görə, xilasetmə əməliyyatlarına Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və FHN-in əməkdaşları cəlb edilib.
Xilasetmə əməliyyatlarının havadan helikopeterlər, dənizdən isə gəmilər vasitəsi ilə aparıldığı deyilir: "Əldə etdiyimiz məlumata görə, iki nəfər artıq xilas edilərək xilasedici gəmiyə mindirilib".
Qərargahdan SOCAR rəhbərliyinin hələ də hadisə yerində olduğu bildirilib: "Başda şirkətin prezidenti Rövnəq Abdullayev olmaqla bütün rəhbərlik hadisə yerindədir. Xilasetmə əməliyyatları davam etdirilir".
Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-artiq-iki-neftci-xilas-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR