Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polis sənədliz odlu silahlar aşkar edib

Date: 5 December 2015 13:13

Bakı. Samir Məmmədov-Trend:

Hüquq-mühafizə orqanları keçirdikləri əməliyyat tədbirləri zamanı Azərbaycanda 2 nəfərdən 3 silah silah aşkar edib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 4-də Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xolqarabucaq kənd sakini İlham İbadovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-8” və “İJ-16” markalı tüfənglər aşkar edilərək götürülüb.

Həmin gün Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirli kənd sakini Ruslan Əhmədovdan müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngi götürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Polis sənədliz odlu silahlar aşkar edib

RƏYLƏR


Top news