Azərbaycan güləşçisi Rusiyada xatirə turnirdə bürünc medal qazanıb

Azərbaycan güləşçisi Rusiyada xatirə turnirdə bürünc medal qazanıb
13:13 5 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Moskvada Ümumrusiya Uşaq İdmanı Federasiyasının ilk prezidenti və Əməkdar Məşqçi Şevalye Nusuyevin xatirəsinə həsr olunmuş beynəlxalq güləş turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə mükafatçılar arasında Azərbaycan güləşçisi Mahmud Məhəmmədov da yer alıb. Turnirdə 61 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz turnirin bürünc medalına sahib olub. O, üçüncü yer uğrunda görüşdə rusiyalı rəqibi İmam Qadjiyevdən güclü olub.
Artıq ənənəvi olaraq hər il keçirilən yarışda Rusiya idmançıları yanaşı, Azərbaycan, Əfqanıstan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukraynadan 300 güləşçi birincilik uğrunda mübarizə aparır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_guleschisi_Rusiyada_xatire_turnirde_burunc_medal_qazanib-908552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR