Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağında baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür

“Günəşli” yatağında daha bir quyu istismara verilib (15 Mart 2017 11:32)
Spirt dolu qatar relsdən çıxaraq alışdı (10 Mart 2017 23:12)
“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib (10 Mart 2017 13:22)

Tarix: 5 Dekabr 2015 13:28


Bakı, 5 dekabr, AZƏRTAC 
Dekabrın 4-də güclü tufanın saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması nəticəsində baş vermiş yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şirkətin prezidenti Rövnəq Abdullayev səhər saatlarından hadisə yerində olub.
Baş vermiş hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində xüsusi qərargah yaradılıb.
Hazırda yanğının söndürülməsi, işçilərin hadisə yerindən təxliyə olunması istiqamətində işlər aparılır. Yanğın baş verən zaman özüldə olan işçilər arasında xəsarət alan yoxdur.

Teqlər:  Günəşli yatağında baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür



RƏYLƏR


Top xəbərlər