Dövlət Gömrük Komitəsində “Infosistem d.d.” şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

13:38 5 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsində (DGK) Xorvatiyanın “Infosistem d.d.” şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Komitədən AZƏRTAC-a bildirilib ki, “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransının proqramına uyğun olaraq, “B2B” görüşlər çərçivəsində Xorvatiya Respublikasının “Infosistem d.d.” şirkətinin idarə heyətinin sədri Roberta Miseta və Xorvatiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Refik Şabanoviçlə görüş keçirilib.
Görüşün məqsədi “Infosistem d.d.” tərəfindən dövlət qurumları üçün təklif olunan müxtəlif İKT həlləri barədə məlumat verilməsi və Dövlət Gömrük Komitəsi ilə şirkət arasında bu sahədə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi olub.
DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev “Infosistem d.d.” şirkətinin təqdim etdiyi məhsulların Dövlət Gömrük Komitəsində böyük maraq doğurduğunu bildirib.
Görüşdə DGK tərəfindən həyata keçirilən layihələr barədə ümumi məlumat verilib, “Infosistem d.d.” şirkəti ilə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Gomruk_Komitesinde_Infosistem_dd_sirketi_ile_emekdasligin_perspektivleri_muzakire_olunub-908558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR