Türklər Suriyadan uzaqlaşdırılır

Türklər Suriyadan uzaqlaşdırılır
13:46 5 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə hərbi qüvvələrinin Suriyadakı hərbi əməliyyatlarda iştirakı məhdudlaşdırılıb.

ANS PRESS-in məlumatına görə, ABŞ Türkiyənin koalisiya qüvvələrinin tərkibində iştirakında və hərbi əməliyyatlarda rolunun artırılmasında artıq əvvəlki kimi təkid etmir.

ABŞ rəsmiləri bunu Türkiyə ilə Rusiya arasında SU-24 hərbi təyyarəsinin vurulması ilə bağlı gərginliyin azaldılması üçün edildiyini qeyd edirlər.

"Reuters"in məlumatına əsasən, noyabrın 24-dən etibarən Türkiyənin Hava Qüvvələri koalisiya əməliyyatları çərçivəsində heç bir uçuşa həyata keçirməyib.

ABŞ-ın Müdafiə Nazirliyi Türkiyənin koalisiya qüvvələri sırasında mövqeyini şərh etməsə də, Suriyadakı əməliyyatların Türkiyə-Rusiya münasibətlərindən asılı olmayacağını bildirib.



Türkiyənin rəsmi şəxsləri isə ölkənin əməliyyatlardakı rolunun azaldılması haqqında deyilənləri təkzib edib və bildirib ki, türk hərbi qüvvələri koalisiya əməliyyatlarının ən azı yarısında iştirak edib, yükdaşıma və hədəflərin müəyyən edilməsini təmin edib.

Bununla belə dünən dekabrın 5-nə keçən gecə yüzlərlə türk hərbçisi İraqın şimalında - Mosul şəhərinin yaxınlığındakı Başiqa rayonunda yeləşdirilib. İraqdan buna razılıq verilməsə də Türkiyə silahlılarının yerli kürd qoşunlarına təlim keçmək üçün burada olduğu və bu cür tədbirlərin 2-3 ildir ki, keçirildiyi bildirilir.


Tütrkiyə hərbçilərinin yerləşdirildiyi Mosul şəhəri

Dəqiq rəqəmlər verilməsə də İraqda yüzlərlə hərbçinin, 25 tankın və bir neçə artilleriya qurğularının olduğu qeyd edilir. Yerli hakimiyyət isə bunu İraqın suverenliyinə təcavüz kimi qiymətləndirir.

Xatırladaq ki, Rusiyanın "Su-24" hərbi təyyarəsi noyabrın 24-də Türkiyənin F-16 qırıcısı tərəfindən vurulub. Türk rəsmiləri Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozduğunu və pilotlara bir neçə dəfə xəbərdarlıq edildiyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təyyarəyə xəbərdarlıq edildiyini etiraf etsə də, prezident Vladimir Putin Türkiyənin bu addımını Rusiyaya "arxadan vurulan zərbə" adlandırıb və ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Münasibətlərin gərginləşdiyi dövrdə "Türk axını" layihəsi də dayandırılıb.


Rusiya prezidenti Vladimir Putin və XİN başçısı Sergey Lavrov


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR