Bakıda ağır yol qəzası olub: 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bakıda ağır yol qəzası olub: 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb
13:52 5 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında Bakıda ağır yol qəzası baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, dekabrın 4-də saat 05 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Tərtər rayon sakini İldırım Bəylərov idarə etdiyi "Opel" markalı avtomobili yolun kənarında dayanmış, Astara rayon sakini Əli Şükürovun "DAF" markalı yük avtomobilinə vurub.

Hadisə nəticəsində İ.Bəylərovun 6 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Gültəkin Xəlilova orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR