Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Qonşusunu 30 manata görə bıçaqlayan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

Date: 5 December 2015 13:57

“Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclada qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, S.Məlikov qonşusu Ağatalıb Dadaşova bıçaqla xəsarət yetirib. Mübahisə 30 manat borc üstündə yaranıb. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub.
S.Məlikov bu il oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində 4 il müddətinə azadlıqdan məhrum edilib.

Tags:  Qonşusunu 30 manata bıçaqlayan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

RƏYLƏR


Top news