"Qəbələ"nin direktoruna Yaponiyadan TƏKLİF

"Qəbələ"nin direktoruna Yaponiyadan   TƏKLİF
14:12 5 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brarda klubdan ayrılacaq. Fanat.az "Telegraaf"a istinadən хəbər verir ki, holland mütəхəssis başa çatacaq müqaviləsinin müddətini uzatmayacaq.


Buna səbəb onun daha sərfəli təklif alması olub. Həmkarlarımızın əldə etdiyi məlumata görə, Yaponiyanın "Naqoya Qrampus" klubu Brarda təklif göndərib. 


Yaponlar holland mütəхəssisə klubun idman direktoru postunu təklif edir. O, bu klubda 2016-cı ilin əvvəlindən fəaliyyətə başlayacaq. 


"Naqoya Qrampus"un səhmlərini "Toyota" alıb. Şirkət klubun büdcəsini bir neçə dəfə artırıb.


"Toyota" şirkəti böyük işlər görmək istəyir. Mənə çoх yaхşı müqavilə təklif ediblər" deyə Brard bildirib.


Holland mütəхəssisin gedəcəyini "Qəbələ"nin idman direktoru Toni Adams da təsdiqləyib: "O, "Qəbələ"də böyük iş görüb. Biz istəyərdik ki, burda 10 ilə yaxın qalsın. Çünki Stenli bu işin ən yaxşı mütəxəssisidi".


Qeyd edək ki, Stenli Brard 24 oktyabr 1958-ci ildə İndoneziyanın paytafxtı Cakarta şəhərində anadan olub. Futbol həyatına Hollandiyada start verən Brard peşəkar futbolçu karyerasına 1978-ci ildə “Feyenoord” klubunda başlayıb. 1986-cı ilə qədər - 8 mövsüm sözügedən komandada top qovan Brard daha sonra karyerasını "Vaalvayk" və “Zvart Vit” kollektivlərində davam etdirib.


Hollandiyalı mütəxəssis məşqçi karyerasına 1994-cü ildə “Kapelle” (Hollandiya) klubunda başlayıb. 1996-2000-ci illərdə stenli Brard “Vitesse” (Hollandiya) komandasında məşqçi vəzifəsində çalışıb. 2000-ci ildə Brard “Den Haq” (Hollandiya) klubunun baş məşqçisi, 2001-ci ildə isə texniki direktor vəzifəsinə təyinat alıb. 2002-2005-ci illərdə mütəxəssis karyerasını ölkə faricində davam etdirib. Yaponiyaya yollanan Brard “Naqoya Qrampus" Futbol Akademiyasının direktoru kimi fəaliyyət göstərib. UEFA-nın Pro Lisenziyasına sahib olan məşqçi 2005-ci ildə Hollandiyaya dönüb və “Feyenoord” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin edilib. Brard klubun aşağı yaş qrupları ilə bir çox titula və mükafatlara sahib çıxıb. Mütəxəssisin rəhbərlik etdiyi “Feyenoord” Futbol Akademiyası 2010, 2011 və 2012-ci illərdə Hollandiyanın ən yaxşı akademiyası seçilib və Rinus Mifels Mükafatına layiq görülüb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-direktoruna-yaponiyadan-t45939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR