“Anamın Kitabı” Ədəbi Mükafatının qalibləri mükafatlandırılacaq

14:18 5 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 17-də Gənc Tamaşaçılar Teatrında “Anamın Kitabı” Ədəbi Mükafatının 2015-ci il qalibləri mükafatlandırılacaq.
Mükafat komissiyasından AZƏRTAC-a bildirilib ki, mərasimdə müsabiqənin birinci, ikinci, üçüncü və dördüncü yerlərinin qalibləri ilə yanaşı, digər fərqlənən iştirakçılara da fəxri fərman və həvəsləndirici mükafatlar təqdim olunacaq.
Bildirilib ki, “Anamın Kitabı” Ədəbi Mükafatı müsabiqəsi Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədilə Hədəf Nəşrlərinin təsisçiliyi ilə həyata keçirilir. Layihənin ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.
Müsabiqənin münsiflər heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Anamin_Kitabi_Adebi_Mukafatinin_qalibleri_mukafatlandirilacaq-908564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR