Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azercell” 2016-cı ildə Wi-Fi üzərindən səsli xidmətini istifadəyə verəcək

“Azercell” 2016-cı ildə Wi-Fi üzərindən səsli xidmətini istifadəyə verəcək

Date: 5 December 2015 14:33


Bakı, 5 dekabr, AZƏRTAC
“Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi çərçivəsində “Azercell Telecom”un təqdim etdiyi daha bir yenilik – Wi-Fi üzərindən səsli xidmətdir.
AZƏRTAC xəbər verir ki, dünyanın bir neçə ölkəsində tətbiq olunan bu yeni texnologiya 2016-cı ilin sonunadək Azərbaycanda istifadəyə veriləcək. Xidmət "Azercell" şəbəkəsinin abonentlərinə "Wi-Fi" şəbəkəsinə qoşularaq zəng etməyə imkan yaradacaq. Bu servisdən yararlanmaq üçün heç bir əlavəyə ehtiyac yoxdur. Şirkətə müraciət edərək servisi aktivləşdirmək kifayətdir. Xidmətin qiyməti və tətbiqi tarixi hələ məlum deyil. Yeni xidmət yalnız ölkənin daxilində göstəriləcək.

Tags:  Azercell 2016-cı ildə Wi-Fi üzərindən səsli xidmətini istifadəyə verəcək



RƏYLƏR


Top news