Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Almaniya Rusiyadan imtina etdi

​Almaniya Rusiyadan imtina etdi

Date: 5 December 2015 14:37

"Almaniyanın Suriyada terrorçu İŞİD-ə qarşı mübarizədə Rusiya ilə hərbi blok yaratması mümkün deyil".

Report TASS-a istinadən xəbər verir ki, bunu Almaniya hökuməti adminstrasiyasının başçısı Peter Altmayer deyib.
"Düzdür, biz Suriyadakı böhranın siyasi yolla həllinə dair Vyanada Rusiya ilə bir masa arxasında otururuq. Ancaq dəqiq deyə bilərəm ki, İŞİD-ə qarşı mübarizədə Rusiya ilə eyni hərbi alyansa daxil olmayacağıq", - o, vurğulayıb.

Qeyd edək ki, ötən gün Almaniya parlamenti (Bundestaq) hökumətin Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşulması haqda qərarını təsdiqləyib.

Məlumata görə, Almaniya ordusu 2016-cı il dekabrın 31-dək İŞİD-ə qarşı koalisiyada iştirak edəcək. Hökumət bunun üçün 134 milyon avro maliyyə vəsaiti ayırıb.

Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək.

Milli.Az


Tags:  Almaniya Rusiyadan imtina etdi

RƏYLƏR


Top news