Ən dadlı reseptlər Mətbəx TV-də! - FOTO

Ən dadlı reseptlər Mətbəx TV-də! - FOTO
14:42 5 Dekabr 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Lider TV-də yayımlanan Mətbəx TV verilişi olaraq, eyni reseptlərdən yorulan xanımlara pozitiv, enerjili və fərqli mətbəx verilişi təqdim etməyə çalışırıq. Artıq xanımlarımız "bu gün nə bişirim" sualından azad olacaqlar. Çünki verilişdə ən müasir avropa reseptləri əsasındakı yeməklər, salatlar və şirniyyatlarla tanış olub, onları öz əllərinizlə hazırlaya biləcəksiniz.

Mətbəx TV-nin əsas məqsədlərindən biri də, gizli olan mətbəx sirlərini açıqlamaqdır. Bu cür maraqlı məqamları öz peşəkarlığı ilə seçilən Vüsal və Çingiz ustadan öyrənəcəksiniz.

Bu ilin sentyabr ayından etibarən yayımlanmağa başlayan Mətbəx TV verilişi Kəmalə Nazirqızının təqdimatında həftə içi hər gün saat 12:00-da tamaşaçıların ixtiyarına verilir. Qeyd edək ki, verilişin layihə rəhbəri və prodüseri Zaur Əliyevdir, rejissoru Svetlana Abdullayeva, redakroru isə Sahibə Əliyevadır.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR