Rusiya vətəndaşları iki xarici pasport ala bilərlər

Rusiya vətəndaşları iki xarici pasport ala bilərlər
14:43 5 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 5 dekabr, AZƏRTAC 
Rusiya Dövlət Duması ölkə vətəndaşlarına iki xarici pasport verilməsini nəzərdə tutan qanun layihəsi qəbul edib.
Sənədə əsasən, əmək fəaliyyəti ilə əlaqədar xarici ölkələrə tez-tez gedib-gələn Rusiya vətəndaşları eyni müddətə iki xarici pasport ala bilərlər. Qanun layihəsinin müəlliflərinin fikrincə, ikinci xarici pasport bir səfərə çıxan zaman digər ölkəyə səfər məqsədilə viza almaq üçün sənədləri konsulluğa təhvil verərkən, eləcə də aralarında münaqişə olan ölkələrə səfər edərkən lazım olur. Bundan əlavə, ikinci pasportun verilməsi Rusiya federal büdcəsinin gəlir hissəsinin artmasına səbəb olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_vetendaslari_iki_xarici_pasport_ala_bilerler-908575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR