Tbilisidə təşkil olunan “Qış sərgisi” yarmarkasında Azərbaycan səfirliyi də iştirak edib

Tbilisidə təşkil olunan “Qış sərgisi” yarmarkasında Azərbaycan səfirliyi də iştirak edib
14:48 5 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 5 dekabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi dekabrın 5-də Tbilisi şəhərində təşkil olunan ənənəvi “Qış sərgisi” adlı xeyriyyə yarmarkasında iştirak edib.
Yarmarkada Azərbaycan xalçaları, müxtəlif milli suvenirlər, jurnallar və yerli şirkətlərimizin istehsalı olan məhsullar, habelə milli mətbəximizin ləziz təamları nümayiş etdirilib.
Yarmarkaya gələnlər Azərbaycan çayını, mürəbbə və suvenirlərini həvəslə alıblar. Ziyarətçilər paxlavanın, şəkərburanın, müxtəlif kababların, dolmanın və plovun dadına baxıblar.
Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva bildirib ki, yarmarkada Tbilisidə akkreditə olunmuş 20-dən çox diplomatik nümayəndəlik, yerli və xarici şirkətlər də iştirak edir. Burada satışa çıxarılan məhsullardan əldə olunan vəsait xeyriyyə məqsədilə istifadə olunacaq. Eyni zamanda, bu aksiya iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyət və mətbəxinin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, gün ərzində yarmarkaya gələnlər Azərbaycan guşəsinə böyük maraq göstəriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_teskil_olunan_Qis_sergisi_yarmarkasinda_Azerbaycan_sefirliyi_de_istirak_edib-908576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR